Foto 12:37 16.03.2020

Dünya azərbaycanlılarından qürurverici hərəkət (FOTOLAR)

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar sosial şəbəkə üzərindən bir-birinə qucaq açıb.

Qaynarinfo xəbər verir ki, "Facebook"dakı məşhur "Gəzəyənlər" qrupunun başladığı kampaniya nəticəsində İsveçrə, Varşava, Budapeşt, Qazaxıstan, Avstriya, Berlin, İstanbul, Ankara, və s. kimi şəhərlər və ölkələrdə yaşayan azərbaycanlılar məlum səbəblərdən hava limanlarında qalan və Azərbaycana qayıda bilməyən həmyerlilərinə dəstək olmaq istəklərini elan edib. 

Onların böyük əksəriyyəti vətənlərinə qayıda bilməyənləri evlərinə dəvət edərək həftələrlə qonaq saxlamağa hazır olduğunu dilə gətirib. Bəzi soydaşlarımız isə Azərbaycana qayıda bilməyənləri ərzaq məhsulları ilə təmin etmək istəyində bulunub. 

Avropada yaşayan həmvətənlərimizin öz soydaşlarına yardım çağırışları Dünya Azərbaycanlılarının Birlik Günü kimi qeyd etməyə əsas verir.

Bahar Rüstəmli