Xəbər lenti

Dünya Bankının Azərbaycan üzrə yeni regional direktoru təyin olundu
Ölkə15:17 03.06.2019

Dünya Bankının Azərbaycan üzrə yeni regional direktoru təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Bankının Azərbaycan üzrə yeni regional direktoru təyin olunub.
"Report” xəbər verir ki, bu, Sebastian Molineusdur.
O, indiyə qədər Dünya Bankının maliyyə, rəqabətlilik, innovasiya üzrə qlobal təcrübəsinə rəhbərlik edib və yeni vəzifəsində Mersi Tembonu əvəzləyib.
Onun iyulun 1-də vəzifəsinin icrasına başlayacağı, sələfinin isə əmək fəaliyyətini Banqladeşdə davam etdirəcəyi bildirilir.