Rusiyanın paytaxtı Moskva ətrafındakı Korolyev şəhərində falçılıqla məşğul olan erməni əsilli 42 yaşlı Georgi Martirosyanın kütləvi qatil olduğu iddia edilib.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, falçının xüsusilə manekenliklə məşğul olan qızları pusquya salaraq, qətlə yetirdiyi bildirilir.
Qızları fala baxdırmaq adıyla evinə çağıran Martirosyan 3 manekeni öldürməkdə ittiham edilir. Polis Martirosyanın sonuncu qurbanı 23 yaşlı Nataliyanı 21 sentyabrda evində öldürdüyünə dair təhlükəsizlik kamerasının qeydlərini ələ keçirib.
Şübhəli şəxs qismində saxlanılan Martirosyan ifadəsində bu sözləri deyib: “Nataliya ilə 2010-cu ildə tanış olmuşduq. O, çox varlı müştərilə xidmət edən fahişəydi. Məndən də müştərilərinin falına baxmağı istəmişdi” (ann.az).