Xəbər lenti

Dünyada 60 gün müzakirə olunan büdcə layihəsini biz necə 8 saata tamamlıyırıq? - ŞƏRH
Ölkə14:00 08.12.2016

Dünyada 60 gün müzakirə olunan büdcə layihəsini biz necə 8 saata tamamlıyırıq? - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"2017-ci ilin büdcəsinin Parlamentdə geniş müzakirəsi dünən başladı, bu gün bitdi". 

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev 2017-ci il büdcə müzakirəsinə münasibət bildirərkən deyib.

Rövşən Ağayevin sözlərinə görə, komitə iclasları nəzərə alınmasa, cəmi 2 gün ərzində 8 saatlıq müzakirə olub: "Nazirlərin, Mərkəzi Bank rəhbərinin çıxışı nəzərə alınmazsa, parlament üzvlərinin çıxışı üçün ən yaxşı halda 5-6 saatlıq zaman qalır. Dünya parlamentlərində büdcə müzakirəsi üçün orta hesabla 40-60 gün intervalında zaman sərf edilir". 

Ekspert bildirib ki, bir neçə dəfə bu mövzuda yazıb, amma durum dəyişmədiyi üçün bir də vurğulamaqda fayda var: 

1) "Dövlət büdcəsinin layihəsinin 3 oxunuşda qəbulu məcburi qayda hesab edilməlidir. Birici oxunuşda maliyyə naziri büdcənin ümumi parametrlərini təqdim etməli, müzakirələr bu parametrlər ətrafında olmalıdır"; 

2) "İkinci oxunuşda aparıcı istiqamətlərin hər biri üzrə büdcə xərcləmələrini həmin sahəyə məsul şəxslər təqdim etməli, xərclərin ən kiçik detallarına qədər izahat verməli, xərcləmələrdən iqtisadiyyatın əldə edəcəyi faydaları kəmiyyət və keyfiyyət göstəriciləri əsasında bəyan etməli, millət vəkillərinin və medianın suallarını cavablandırmalıdırlar. Bi mərhələdə həmçinin maraq qruplarının nümayəndələrinin, millət vəkillərinin və nazirlərin iştirakı ilə canlı debatlar təşkil eddilməlidir"; 

3) "Sonuncu oxunuşda hökumətin bütün təkliflərə münasibəti və son mövqeyi ətrafında müzakirələr aparlılmalı, layihə səsə qoyulmalıdır".

Rövşən Ağayev qeyd edib ki, büdcənin ən sürətli müzakirə edildiyi parlamentlərin reytinqi tərtib olunsa, bizin qanunverici orqan şəksiz və şəriksiz lider statusu qazana bilər...

Qaynarinfo.Az