
Minlərlə İnternet istifadəçisi "təslim olaraq" əllərini qaldıran suriyalı uşağın fotosunu paylaşıb.
Onu paylaşanlar uşağın gözlərindəki qorxuya görə təsirlənib: o sanki avtomatın və ya tapançanın lüləsi ilə üzləşib. Amma biz bu foto haqqında nə bilirik? Təbii ki, o, lüləyə deyil, kameraya baxır. Amma bu təsiredici fotonu kim, necə çəkib?
Anspress-in məlumatına görə, BBC Trending həmin fotoqrafçını tapıb və bu sualı ona verib.
Hər şey ötən həftənin çərşənbə axşamı Qəzzada yaşayam fotojurnalist Nadia Abu Shaban fotonu Twitterdə paylaşandan sonra başladı. Şəkil mikrobloq şəbəkəsində tez yayıldı. Şabanın ilk tvitini 11 000-dən çox adam paylaşıb. Cümə günü foto Reddit saytında paylaşılandan sonra yenidən populyarlaşıb, 1600-dən çox şərhlə qarşılanıb.
Hər iki şəbəkədə fotonun saxta və ya təşkil edilmiş olması barədə ittihamlar ortaya çıxmağa başladı. Twitterdə çoxu fotonun müəllifinin kim olduğunu, fotonun nəyə görə istinadsız paylaşıldığını sual edib.
Qaynar.info

