Xəbər lenti

“Dünyanı hiss edək” - FOTOLAR
Ölkə12:39 18.07.2013

“Dünyanı hiss edək” - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Dünyanı hiss edək” (“Feel the world”) devizi altında  KSM veloturuna start verilib

İyulun 17-də  KSM Azərbaycan (Korporativ sosial məsuliyyət - Azərbaycan)  şirkəti tərəfindən “CSR World Velo Tour” layihəsi çərçivəsində təşkil edilmiş “Feel the world” (“Dünyanı hiss edək”) devizi altında keçirilən dünya velosiped turuna start verilib.

Layihənin məqsədi cəmiyyətin, KİV-in və şirkətlərin diqqətini korporativ sosial məsuliyyət məsələlərinə cəlb etməkdir. Velosiped turu Gürcüstan, Ukrayna, Polşa, Latviya, İsveçrə, Danimarka, Almaniya, Belçika, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Türkiyə, Misir və Azərbaycan ərazisində keçiriləcəkdir.

Tur bu ilin sentyabr ayına qədər davam edəcəkdir. Beynəlxalq layihənin iştirakçıları hazırda Gürcüstandadırlar.

Xatırladaq ki, ölkələr arasında olam məsafə təyyarələr və digər nəqliyyat vasitələri ilə gerçəkləşəcəkdir. Hər bir  şəhərdə velosipedlə qət ediləcək məsafə 40 km-dir. Dünyaya bir mesaj xarakteri daşıyan “CSR World Velo Tour” layihəsində istənilən şəxs iştirak edə bilər.

Bunun üçün www.csrworldvelotour.com saytında qeydiyyatdan keçməli və ya özü haqqında məlumatları [email protected] saytına göndərərək yuxarıda göstərilən ölkələrin hər hansı birində iştirakçılara qoşulmalıdırlar.

Daha ətraflı məlumat layihənin rəsmi səhivəsindən www.csrworldvelotour.com və ya facebook  sosial şəbəkəsindən www.fb.com/csrworldvelotour əldə edilə bilər.

Qaynar.info