
Türkiyədə qeyri-adi vəziyyətdə qol vurulub.
Qaynarinfo.Az xəbər verir ki, bu hadisə "Qaziantep Böyükşəhər Bələdiyyəspor"un II komandasının oyununda baş verib.
Həmin komandanın qapıçısı penaltidən vurulan topu tutub. Bu üzdən Qaziantep təmsilçisinin futbolçusu sevincdən qolkiperi qucaqlayıb. Ancaq sevinc bir anda üzüntü ilə əvəz olunub.
Çünki bu qucaqlaşma sayəsində top qapıçının əlindən çıxaraq qapıya daxil olub. Maraqlı burasındadır ki, oyunun baş hakimi bu qolu qeydə alıb.
Qaynarinfo.Az