Xəbər lenti

Dünyanın ən bahalı şəhərlərinin adları siyahısında Bakı neçənci yerdədir? (FOTO)
Ölkə16:17 25.01.2024

Dünyanın ən bahalı şəhərlərinin adları siyahısında Bakı neçənci yerdədir? (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Serbiyanın "Numbeo” xidməti dünyanın müxtəlif şəhərlərində yeni yaşayış dəyəri indeksini təqdim edib.
Siyahıda ümumilikdə 362 şəhər qeyd olunub. Bakı 291-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinq istehlak qiymətləri, daşınmaz əmlakın dəyəri və həyat keyfiyyəti göstəriciləri kimi bir neçə faktora əsaslanır.
İlk 10-luqda olan şəhərlərin siyahısı belədir:
1. Hamilton, Bermud adaları;
2. Sürix, İsveçrə;
3. Bazel, İsveçrə;
4. Lozanna, İsveçrə;
5. San-Xose, ABŞ;
6. Cenevrə, İsveçrə;
7. San-Fransisko, ABŞ;
8. Bern, İsveçrə;
9. Vaşinqton, ABŞ;
10. Nyu-York, ABŞ.