Xəbər lenti

Dünyanın ən böyük rəqs yarışması Bakıda keçiriləcək
Ölkə05:25 29.08.2013

Dünyanın ən böyük rəqs yarışması Bakıda keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İrəli” İctimai Birliyinin (İB) "iDance” komandası "My Dance” yarışmasında iştirak edəcək.

İB-nin mətbuat xidmətindən Qaynar.info-ya bildiriblər ki, "My Dance” rəqs şousu ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçirilmişdir. Bu payız isə dünyanın ən böyük rəqs yarışması ilk dəfə Bakıda keçiriləcək.

"My Dance” yarışmasının məqsədi istedadları bir araya gətirməkdir. Layihədə heç bir yaş məhdudiyyətı qoyulmur. Yarışmaya 8 komandanın qatılacağı və hər bir komandada yüzlərlə könüllünün iştirakı nəzərdə tutulub. Hər komanda həftədə bir dəfə canlı efir vasitəsilə peşəkar xoreoqrafın rəhbərliyi altında hazırladığı rəqsi nümayiş etdirəcək. Rəqslər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Dövlət Bayraq Meydanında təşkil olunacaq yarışmalar Gənclər və İdman Nazirliyinin dəstəyi iə canlı efir vasitəsilə yayımlanacaq. Maraqlananlar avqustun 23-dək http://ireli.az/mydance linkində elektron ərizə formasını doldurub bu möhtəşəm layihənin iştirakçısı ola bilərlər.

Qaynar.info