Xəbər lenti

Dünyanın ən nüfuzlu insanı seçildi
Ölkə19:07 14.12.2016

Dünyanın ən nüfuzlu insanı seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin “Forbes” jurnalının versiyasına görə, dünyanın ən nüfuzlu insanları siyahısına başçılıq edib.

Publika.az xəbər verir ki, “Forbes” Putinin öz vətənində, Suriyada və ABŞ-da keçirilən prezident seçkilərində istədiyi hər şeyə nail olmaqda davam etdiyini bildirib.

“Forbes”in ən nüfuzlu insanları siyahısında ikinci yeri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tutub. Üçüncü yerdə Almaniyanın kansleri Angela Merkel qərarlaşıb. İlk beşliyi Çin lideri Si Szinpin və Roma Papası Fransisk tamamlayır.

“Facebook”un banisi Mark Çukerberq 10-cu, Şimali Koreya lideri Kim Çen In 43-cü, Asiyanın ən zəngin insanı Li Kaşın 33-cü, Amerika investoru Uorren Baffet 15-ci olub.

Vladimir Putin dördüncü dəfədir ki, “Forbes” reytinqinə başçılıq edir.

Qaynarinfo.Az