
“İraq və Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının mənsublarından biri “dünyanın ən qlamur vəhhabi terrorçusu” kimi tanınmağa başlayıb.
Gürcüstanın Pankisi dərəsinin sakini, hazırda Suriyanın şimalındakı Kobani şəhərində kürdlərə hücum edən İŞİD dəstələrinin tərkibində yer alan 17 yaşlı çeçen Həmzət Lamro İnstagram-da sürətlə populyarlaşır.
Ekspertlər hesab edirlər ki, İŞİD belə “qlamur vəhhabi”lər vasitəsilə imicində “dəyişikliklər” etməyə, sosial şəbəkələrdə təbliğatını gücləndirməyə çalışır. (milli.az)
Qaynar.info





