Xəbər lenti

Dünyanın ən varlı adamından qəribə açıqlama
Ölkə11:53 21.07.2014

Dünyanın ən varlı adamından qəribə açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən zəngin adamı olan meksikalı telekommunikasiya şirkəti sahibi Karlos Slim maraqlı açıqlama ilə gündəmə gəlib.

Milyarder insanların həftədə 3 gün çalışmasının lazım olduğunu söyləyib. 79,6 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin adamı olan Slim Paraqvayda təşkil edilən bir konfransda çıxışı zamanı bu sözləri deyib. 

O qeyd edib ki, insanların iş həyatları haqqında radikal bir dəyişiklik etmək vaxtı gəlib çatıb: "Həftədə 3 günlük iş ilə keyfiyyətli bir həyat və istirahət üçün daha çox zamanımız olar. 4 günlük boşluq müxtəlif fəaliyyət növləri ilə məşğul olmağa kömək ola bilər. Gündə 11 saatdan 3 günlük iş fəaliyyəti 50-60 yaş arasında təqaüdçü olacaq insanların 70-75 yaşına qədər işləməsinə də imkan verəcək". 

Telekommunikasiya firmasının sahibi olan Slimin şirkətində işləyənlər milyarder iş adamının şərhlərinə bənzər bir sistemdə çalışır. Təqaüdçü olan işçilər istəsələr həftədə 4 gün çalışaraq tam maaşlarını ala bilirlər. 

Qeyd edək ki, Karlos Slim 79,8 milyard dollarlıq sərvətiylə son olaraq "Microsoft"un sahibi Bill Qeytsi keçərək dünyanın ən zəngin adamı adını əldə edib.(anspress.com)

Qaynar.info