Xəbər lenti

Dünyanın ən xoşbəxt ölkəsi
Ölkə10:37 20.09.2014

Dünyanın ən xoşbəxt ölkəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb. 

Anspress-in məlumatına görə, "Gallup"un dünya miqyasındakı araşdırmasından sonra xoşbəxt ölkələrin siyahısı hazırlanıb. Siyahıda 135 ölkənin adı var. 

ABŞ-dda yerləşən məşhur araşdırma mərkəzi ənənəvi siyahısını hazırlamaq üçün yüz minlərlə insan arasında araşdırma aparılıb. 

Xoşbəxtlik siyahısının hazırlanmasında sosil təhlükəsizlik, maddi rifah, yaxınlarla münasibət, həyatdakı məqsədlər və səhiyyə ilə bağlı məsələlər əsas götürülüb. 

Siyahının ilk pilləsində Panama yer alıb. Onu Kosta Rika,Danimarka, Avstraliya, Braziliya,El Salvador,Uruqvay, İsveç, kanada və Qvatemala izləyir. 

Ən bədbəxt ölkələrin arasında isə uzun müddətdir döyüş meydanına çevrilən Suriya,Əfqanıstan,Haiti,Konqo,Çad, Madaqasqar, Uqanda, Xorvatiya və Gürcüstan var. 

Ən yaxın qonşumuz olan Türkiyə siyahının 97-ci pilləsində qərarlaşıb. Ötən il qardaş ölkə 126-cı yerdə idi.

Qaynar.info