Xəbər lenti

İdman 15:21 14.10.2022

Dünyanın ən yaxşı kişi atleti adına namizədlər də müəyyənləşdi

Dünya Atletikası dünyanın ən yaxşı 10 kişi atleti adına namizədlərin siyahısını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, namizədlər Beynəlxalq Atletika Ekspertləri Paneli tərəfindən Dünya Atletikasının altı kontinental bölgəsindən olan üzvləri arasından seçilib.

Nominasiyalar Oreqon 2022 Dünya Atletika Çempionatında, Belqrad 2022, Dünya Atletika Çempionatı və dünyanın müxtəlif yerlərində keçirilən digər yarışlarda əldə edilən nəticələri əks etdirir.
 
Namizədlər aşağıdakılardır:

1.Kristyan Ceh, Slovakiya
2.Alison dos Santos, Braziliya
3.Mondo Duplantis, İsveç
4.Sofyan El Bakkali, Mərakeş
5.Qrant Hollovey, ABŞ
6.Jakob Inqebriqtsen, Norveç
7.Eliud Kipçoq, Keniya
8.Noah Liles, ABŞ
9.Anderson Peters, Qrenada
10.Pedro Pikardo, Portuqaliya
 
Dünya Atletika Şurası və Dünya Atletika Ailəsi öz səslərini e-poçt vasitəsilə verəcək, azarkeşlər isə World Athletics sosial media platformaları vasitəsilə onlayn səs verə bilərlər. Facebook, Instagram və YouTube-da 'bəyənmə' və ya Twitter-də bir retvit bir səs hesab ediləcək.
 
İki gün öncə dünyanın ən yaxşı qadın atleti adına namizədlərin də siyahısı açıqlanmışdı. 

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?