Xəbər lenti

Dünyanın ən yaxşı universitetinə qəbul olundu - Azərbaycanlı məktəblidən ilk (FOTO)
Ölkə05:03 15.03.2023

Dünyanın ən yaxşı universitetinə qəbul olundu - Azərbaycanlı məktəblidən ilk (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"4 ildə 3-cü tələbəmiz Dəniz Sattarli (Barış-2020, Salman-2022) dünyanın ən yaxşı universiteti Massaçusets Texnologiya İnstitutuna (MİT) bakalavr üzrə qəbul oldu. Dəniz həm də ölkəmizdən bu universitetə bakalavr üzrə daxil olan ilk qız məktəblidir".
Qaynarinfo xəbər verir ki, bu barədə "ROOF Academic Training” tədris mərkəzinin təsisçisi və icraçı direktoru Rüfət Hüseynzadə sosial şəbəkə hesabında yazıb.
"Müstəqilliyimizin bərpasından sonra 28 il ərzində ölkəmizdən MİT-yə bakalavr üzrə cəmi bir qəbul var idi, son 4 ildə isə 3 tələbəmiz qəbul aldı", deyə Rüfət Hüseynzadə bildirib.