Xəbər lenti

Düşmən bir sıra ərazilərimizi atəşə tutur (RƏSMİ)
Ölkə06:44 03.10.2020

Düşmən bir sıra ərazilərimizi atəşə tutur (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 3-də, gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur:
"Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür”.