Foto 09:10 17.10.2020

Düşmən gecəyarısı Gəncəni ballistik raketlərlə vurdu, ölən və yaralananlar var (FOTOLAR)

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun məlumatında bildirilir.

ANAMA-nın məlumatına əsasən, Ermənistan Gəncəni SKAD/Elbrus tipli ballistik raketlərlə hədəf alıb. 

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.