Xəbər lenti

Düşmən hücuma keçdi, itki verib geri çəkildi - Rəsmi
Ölkə06:32 27.02.2017

Düşmən hücuma keçdi, itki verib geri çəkildi - Rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan silahlı qüvvələrinin cəbhə boyu təxribatları davam edir

Müdafiə Nazirliyindən Qaynarinfo.Az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.

Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

Qaynarinfo.Az