Cəbhənin müxtəlif
istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri
nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Bu barədə
Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.
Qeyd olunub ki, dünən
gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin
xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad” yaylım atəşli
reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd
avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Şərhlər