Ermənistan ordusu Tərtərdə dinc əhalini raket atəşinə tutmağa davam edir.
Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, humanitar atəşkəsin imzalandığına baxmayaraq, Ermənistan tərəfi atəşkəsə riayət etmir.
Gecə saatlarından başlayaraq, düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib.