Xəbər lenti

“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” (RƏSMİ)
Ölkə12:42 14.10.2020

“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Ermənistanla sərhədyanı dövlətdir. Ermənistan silahlı qüvvəlləri şəhərlərimizə zərbələr endirirlər”.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bunu Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi:
"O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən "Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.