Xəbər lenti

Dövlət Agentliyinə direktor təyin edildi (FOTO)
Ölkə06:30 03.02.2021

Dövlət Agentliyinə direktor təyin edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifəsinə təyinat olub.
Qaynarinfo xəbər verir ki, bu vəzifə indiyə qədər direktoru əvəz edən Təbriz Əmmayevə həvalə edilib.
O, Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetinin maliyyə, mühasibatlıq və menecment fakültəsini bitirib, nazirliyə gələnə qədər SOCAR-ın baş ofisində çalışıb.
Xatırladaq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkə prezidentinin 22 sentyabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Agentlik bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edir, dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.
YeniSabah.az