Xəbər lenti

Dövlət agentliyinin balansına yeni yollar verildi
Ölkə18:50 31.01.2020

Dövlət agentliyinin balansına yeni yollar verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin keçmiş Dağlar Yusifov adına Qəbələ Qızılbalıqartırma Zavodunun balansında olmuş 2,2 kilometrlik magistral yol və Qəbələ rayonu, Çuxur Qəbələ Bələdiyyəsinin balansında olan 3,8 kilometrlik avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.
Qaynarinfo-nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Bununla əlaqədar Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nın "Qəbələ rayonu” bölməsində  müvafiq dəyişiklik edilib.