Xəbər lenti

Dövlət Agentliyinin işçisi faciəvi şəkildə öldü
Ölkə14:45 02.02.2018

Dövlət Agentliyinin işçisi faciəvi şəkildə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəvi şəkildə ölüb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.
Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu "Shacman” markalı yük maşınının altında qalıb.
Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.