Xəbər lenti

Dövlət başçısı Goranboyda səfərdədir (YENİLƏNİB)
Ölkə13:39 22.07.2021

Dövlət başçısı Goranboyda səfərdədir (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda da olub.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
***
Prezident İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.
Dövlət başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verildi.
***
Prezident İlham Əliyev iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlət başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.