Türkiyənin Hakkari bölgəsində nümayişçilər valilik binasına hücum edib.Anspress-in məlumatına görə, türk jandarmalarının Mesken dağını nəzarətdə saxlaması və 1 PKK-lının öldürülməsi bir qrup tərəfindən etirazla qarşılanıb. Etiraçılar Hakkari valiliyinin binasına fişənglərlə hücum ediblər.
Maska geyinmiş dəstə əvvəlcə günorta saatlarında ətraf ərazidə nəqliyyatın hərəkətini dayandırıb və təhlükəsizlik qüvvələrinə səs bombası, fişəng, molotofkokteyli və daşlarla cavab veriblər.
Polisin müdaxilə edərək dağıtdığı dəstə üzvləri axşam saatlarında yenidən toplanaraq Hakkari valiliyinə hücum ediblər. Hadisə yerinə gələn zirehli vasitələr nümayişçilərə qaz bombası və plastik mərmi ilə atəş açıblar. Hazırlıqlı olan nümayişçilər isə polisə molotofkokteyli, səs bombası, fişəng və daşlarla cavab veriblər. Molotofların dəydiyi zirehli vasitələr bəzən alovlar arasında qalaraq çətin anlar yaşayıb.
Qaynar.info