Xəbər lenti

Dövlət Fitosanitar Xidmətinin rəis müavini ölkədən qaçdı
Ölkə12:11 09.06.2014

Dövlət Fitosanitar Xidmətinin rəis müavini ölkədən qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazim Quliyevə qarşı cinayət işi açılıb 

Kənd  Təsərrüfatı  Nazirliyi  yanında Dövlət  Fitosanitar Nəzarəti Xidmətinin ( DFNX) rəis müavini Nazim Quliyevin ölkədən qaçması ilə bağlı qafqaznews.az-a məlumat  daxil olub. 

Məlumat üçün bildirək ki, İsmət Abasov kənd təsərrüfatı naziri  vəzifəsindən azad olunandan sonra qurumda ciddi kadr dəyişikliyi baş verib. 

Belə ki, yeni nazir Heydər  Əsədov  nazirliyin tabeçiliyində  olan Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyevi ( İsmət Abasovun baldızı oğlu) və Bakı Şəhər Baytarlıq  İdarəsinin rəisi Şahmar Abdullayevi vəzifəsindən azad elədi. Sonra  növbə  DFNX-nə çatdı. Nazir  DFNX-də olarkən qurumun fəaliyyətindən ciddi narazılığını bildirib. Və DFNX-nin rəis müavini, adı mətbuatda daha çox korrupsiya ilə bağlı hallanan Nazim Quliyev vəzifəsindən azad olundu. 

Redaksiyamıza daxil olan məlumata görə, vəzifəsindən azad olunan Nazim Quliyevə qarşı Baş prokurorluqda cinayət işi açılıb. Bundan xəbər tutan Nazim Quliyev tələsik ölkəni tərk edib. 

Daxil olan məlumatı dəqiqləşdirmək üçün DFNX-nin rəis müavini Ələddin Eyvazovla telefon əlaqəsi saxladıq. Ələddin müəllim Nazim Quliyevin vəzifəsindən azad olunduğunu təsdiq eləsə də Türkiyədə tədbirdə olduğunu səbəb gərirərək  bizimlə sonra əlaqə saxlayacağını bildirdi. 

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.