Xəbər lenti

Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasını tətbiq edəcək
Ölkə10:14 04.05.2018

Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasını tətbiq edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) öz fəaliyyətində müasir texnologiyaları tətbiq etmək niyyətindədir.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu DGK-nın sədri Səfər Mehdiyev gömrük orqanlarının işində blokçeyn texnologiyasının tətbiq olunması barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, qlobal ticarətdə baş verən dəyişikliklər gömrükdə islahatları zəruri edir:
"Bu, qaçılmazdır və hesab edirəm ki, biz öz işimizdə bu cür yenilikləri tətbiq edəcəyik".