Xəbər lenti

Dövlət Gömrük Komitəsindən 333 kq-lıq heroin açıqlaması
Ölkə09:26 30.07.2015

Dövlət Gömrük Komitəsindən 333 kq-lıq heroin açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) Rumıniyanın hüquq-mühafizə orqanlarının Azərbaycandan keçdiyi deyilən 333 kiloqram heroinin müsadirə olunması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
DGK-nin mətbuat xidmətindən virtualaz.org saytının sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan tərəfi qanunsuz narkotik qaçaqmalçılığının qarşısını həmişə alıb.
“Rumıniyaya Azərbaycandan keçməklə getdiyi deyilən 333 kiloqram heroinə gəlincə isə bildiririk ki, kütləvi informasiya vasitələri bu xəbərdə Azərbaycanın adını yanlışlıq ucbatından hallandırıblar. Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsinin rəsmi saytında (http://www.diicot.ro/index.php/arhiva/1533-comunicat-de-presa-29-07-2015) yerləşdirilmiş məlumatda Azərbaycan haqda heç bir söz yoxdur” - deyə DGK-dan bildirdilər.
Qeyd edək ki, Rumıniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları rekord miqdarda heroini müsadirə edib. Müsadirə edilmiş heroinin çəkisi 333 kiloqram, onun bazar dəyəri isə təxminən 40 milyon avrodur. Rumıniya polisinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi, baş komissar Klaudiu Kukunun sözlərindən belə məlum olub ki, 333 kiloqramlıq heroin yükü Rumıniyaya Azərbaycandan, daha sonra Ermənistan, Gürcüstan və Ukraynadan keçirilməklə çatdırılıb.
Qaynar.info