Xəbər lenti

Dövlət Gömrük Komitəsinin əməkdaşı qəzaya düşdü
Ölkə08:32 13.02.2016

Dövlət Gömrük Komitəsinin əməkdaşı qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda xarici ölkə vətəndaşının sürdüyü avtomobillə dövlət qurumu əməkdaşının idarə etdiyi maşın toqquşub.
Hadisə Səbail rayonu, Salyan yolu 14-ün qarşısında baş verib.
Belə ki, İran Ruhi Tahir oğlunun idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Nəcməddin Allahverdiyevin idarə etdiyi Dövlət Gömrük Komitəsinə (DGK) məxsus “Wolksvagen” markalı 90 AC 506 nömrəli avtomobil toqquşub. Qəza nəticəsində DGK-ya məxsus avtomobil ciddi ziyan dəyib. Ağır xəsarət alan olmayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) araşdırma aparılır.(report)
Qaynar.info