Xəbər lenti

Dövlət Komissiyasının İş Planı təsdiqləndi
Ölkə16:08 10.02.2020

Dövlət Komissiyasının İş Planı təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci ilə dair İş Planı təsdiqlənib.
Dövlət Komissiyasından Qaynarinfo-ya verilən məlumata görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılması, qarşılıqlı əlaqələrin gücləndirilməsi və görülən işlərin davamlılığının təmin olunması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci ilə dair İş Planı hazırlanaraq icraya yönəldilib.
İş Planının elektron forması Dövlət Komissiyasının saytının sənədlər bölməsində yerləşdirilib.