Xəbər lenti

Dövlət Komitəsindən Ramazan qalmaqalına münasibət
Ölkə04:58 08.08.2013

Dövlət Komitəsindən Ramazan qalmaqalına münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında baş verən qalmaqala münasibət bildirib. Komitədən APA-ya verilən məlumatda bildirilir ki, Ramazan Bayramının tarixi dini amillərdən asılı olduğunu nəzərə alaraq fətva vermək səlahiyyəti QMİ-nindir.
 
“Ramazan Bayramı nə vaxt olacaq? Şamaxı Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə fərqli mövqe nümayiş etdirib. Bunlardan hansı düzgündür? Mövzu ilə əlaqədar Komitəyə ünvanlanan sorğulara cavab olaraq bildirilir ki, Şamaxı Rəsədxanası  astronomik hesablamalara görə ayın yenilənməsi ilə bağlı məlumat verə bilər. Bu işin elmi tərəfidir. Lakin bayramın tarixinin dini amillərdən asılı olduğunu nəzərə alaraq fətva vermək səlahiyyəti QMİ-nindir”, -  Dövlət Komitəsinin məlumatında bildirilir.

Qaynar.info