
Dünən yerli mətbuatda yayılan məlumata əsasən, Azərbaycanda 1000-1500 manat maaşı olan iş yerləri var ki, iş axtaranların yolunu gözləyir.
ANN.Az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə Dövlət Məşğulluq Xidmətindən məlumat verilib və ümumilikdə isə xidmətin informasiya bazasında 11 mindən çox vakant iş yerləri mövcuddur.
Bildirilirdi ki, onların arasında 1500 manata qədər maaşı olanlar var.
Yayılan məlumatda qeyd olunurdu ki, işləri axtarmaq üçün Məşğulluq xidmətinin saytındaki vakansiyalar bölümünə müraciət etmək mümkündür.
Lakin hazırda Dövlət Məşğulluq Xidmətinin rəsmi saytında "Vakansiyalar" bölməsi ümumiyyətlə fəaliyyət göstərmir.
Bu məsələ iş axtaran vətəndaşları narahat edib.
Qaynarinfo.Az