
“Gənclərin vəhhabilik, nurçuluq və digər cərəyanlara cəlb olunma cəhdləri var, bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq”.
AzVision.az-ın məlumatına görə, bu barədə millətlərarası, multikulturizmvə dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib.
Tovuza səfəri çərçivəsində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələriilə görüşən dövlət müşaviri bəzi bölgələrdə dinimizin təmizliyinə qarşıyad təsirlərin olduğunu diqqətə çatdırıb:
“Prezident İlham Əliyevin respublikamızda Bilik Fondunun və BakıBeynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqındakısərəncamları dövlətçiliyimizin daha da inkişafı üçün güclü bir təkanolub. Bu sərəncamlardan irəli gələn vəzifələri nəzərə alsaq bizimgörəcəyimiz işlər həddən artıq çoxdur. Azərbaycanda zənginmultikulturalizm ənənələri var. Onun mədəniyyəti, mənəviyyatı, həyattərzi, ümumiyyətlə, Azərbaycan xalqı bütün dünyaya örnək olacaq qədərmultikulturalizmin içərisindədir. Tolerantlıq artıq bizim həyattərzimizə çevrilib. Bu, bizim dövlət siyasətimizin prioritetistiqamətlərindən biridir”.
Dövlət müşaviri eyni zamanda vəhhabilik, nurçuluqdan da danışıb. “Bu günbəzi bölgələrdə dinimizin təmizliyinə qarşı yad təsirlərin olduğunu,siyasi məqsədlər naminə bəzi hallarda gənclərin vəhhabilik, nurçuluq vədigər cərəyanlara cəlb olunma cəhdləri var, bunlara qarşı hamılıqlamübarizə aparmalıyıq. Bu sahədə, xüsusilə hazırda 1700-dən çox məscidinolduğu Azərbaycanda dindarların da üzərinə böyük vəzifələr düşür. Busahədə biganəliyə, laqeydliyə yol verilməməsi, hamılıqla birləşərəkdövlətçiliyimizin qorunması, ölkəmizin hərtərəfli inkişafı naminə varqüvvə ilə çalışmalıyıq”.
Qaynar.info