5 dövlət orqanında ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.
Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (130 vakant vəzifə), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (2 vakant vəzifə), Müəllif Hüquqları Agentliyi (10 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyində (1 vakant vəzifə) ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.