Xəbər lenti

Dövlət qulluqçularına yeni xəbər
Ölkə05:53 17.04.2013

Dövlət qulluqçularına yeni xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda dövlət qulluqçularının əməyi yeni qaydada qiymətləndiriləcək.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Komissiya tərəfindən “Dövlət qulluqçularının əməyinin qiymətləndirilməsi qaydalar”ının son variantı hazırlanıb: “Yaxın günlərdə qaydalar təsdiq olunacaq. Ölkə prezidenti tərəfindən Komissiyaya verilən tapşırığa əsasən, dövlət qulluqçularının xidməti fəaliyyətinin nəticələri ilə əmək haqları uyğunlaşdırılacaq. Kim daha yaxşı çalışırsa, həmin dövlət qulluqçusunun əməkhaqqı daha yüksək olacaq. Bunların hamısını bir normativ aktda nəzərdə tutmaq çox çətin məsələdir. Hazırda bu istiqamətdə iş aparılır”.

Qaynar.info