Xəbər lenti

Dövlət qurumlarında telefon QADAĞASI
Ölkə08:45 29.02.2016

Dövlət qurumlarında telefon QADAĞASI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkə büdcəsinin əvvəlki illərlə müqayisədə azalması dövlət qurumlarını da hərəkətə keçirib. 

Modern.az xəbər verir ki, Dövlət qurumlarında bir çox başqa sahələrlə yanaşı, beynəlxalq əlaqələrlə bağlı telefon danışıqlarına məhdudiyyətlər qoyulub. 

Belə ki, artıq dövlət işçiləri xarici ölkələrə telefon açarkən bunun səbəbini və vacibliyini bəyan etməlidirlər. Artıq bir sıra dövlət qurumlarının əməkdaşları hansı ölkəyə nə üçün zəng edəcəklərini əvvəlcədən bildirir və ya danışıqlarının vaxtı barədə məlumat verirlər.

Qaynar.info