Xəbər lenti

Dövlət qurumlarının 10 maşını hərraca çıxarıldı
Ölkə08:02 10.03.2018

Dövlət qurumlarının 10 maşını hərraca çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti və Energetika Nazirliyi balansında olan avtomobiləri hərraca çıxarır.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 10 aprel tarixində keçiriləcək hərraca təqdim edilən maşınların siyahısını açıqlayıb. Hərraca ümumilikdə 10 avtomobil çıxarılıb. Onlardan 5-i Energetika Nazirliyinə, 3-ü Nazirlər Kabinetinə, biri Statistika Komitəsinə, biri isə DİN-ə məxsusdur.
Hərracda ən yüksək qiymətə Nazirlər Kabinetinin təqdim etdiyi 2006-cı ilin BMV-730 markalı avtomobildir. Maşın 21.000 manata satılır. Kabinetin 2 "Şevrolet Epika” avtomobili isə 8100 və 7800 manata özəlləşdiriləcək.
Energetika Nazirliyi 2007 və 2008-ci ilin 2 "Hyunday Sonata” markalı avtomobilini 8500 və 7500 manata, "Ford Mondeo” markalı avtomobilini 4500 manata, "Ford Fokus”u 4000, Qaz-3110-101 isə 1300 manata hərraca çıxarılacaq.