Xəbər lenti

Dövlət qurumu "Azərsu" ASC-ni məhkəməyə verdi
Ölkə13:15 01.04.2017

Dövlət qurumu "Azərsu" ASC-ni məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Sabunçu Telefon Qovşağı “Azərsu” ASC-ni məhkəməyə verib.
Report-un məlumatına görə, Sabunçu Telefon Qovşağı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 19 596 manat borcun silinməsini istəyib.
Məhkəmə qətnamə çıxararaq qovşağın iddia tələbini təmin edib. Həmin qərardan narazı qalan cavabdeh - Azərsu ASC apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 4-nə təyin edilib. İşə hakim Elmira Nağıyevanın sədrliyi ilə baxılacaq.
Qaynar.Az