Xəbər lenti

Dövlət rəsmiləri Ermənistanın raket atəşinə tutduğu Gəncədə (FOTOLAR)
Ölkə09:31 11.10.2020

Dövlət rəsmiləri Ermənistanın raket atəşinə tutduğu Gəncədə (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş Prokuror Kamran Əliyev və digər dövlət rəsmiləri Gəncə şəhərinə səfər edib.
APA-nın yerli bürosunun məlumatına görə, rəsmilər oktyabrın 11-i saat 02.00-da Ermənistanın Gəncə şəhərində raket zərbəsi endirdiyi ərazidə olub, vəziyyətlə yerində tanış olublar.
H. Hacıyev və K. Əliyev hadisə və Ermənistanın dövlət terroru barədə yerli və xarici mətbuat nümayəndələrinə açıqlama veriblər.