Xəbər lenti

Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya düşdü: ölənlər var
Ölkə08:19 30.11.2021

Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya düşdü: ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün saat 10:40-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb".
Qaynarinfo xəbər verir ki, bu sözlər Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir. 
Məlumatda bildirilir ki, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
"Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir", - məlumatda bildirilir.