Xəbər lenti

Dövlət sifarişi ilə çəkilən bir neçə filmin təqdimatı olacaq
Ölkə07:46 14.05.2013

Dövlət sifarişi ilə çəkilən bir neçə filmin təqdimatı olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından Qaynar.infoya verilən məlumata görə bu ilin avqustunda ötən il çəkilən “Dərvişin qeydləri”, “Qisas almadan ölmə” filmlərinin təqdimatı keçiriləcək. 

Bu yaxınlarda isə Bakıda Xalq Yazıçısı Elçinin eyniadlı əsəri əsasında ekranlaşdırılmış “Mahmud və “Məryəm” filminin təqdimatı olacaq.

Kinostudiyada bədii film olaraq hələlik yalnız rejissor Fikrət Əliyevin “Polkovnikin xəzinəsi” filminin çəkilişlərinə hazırlıq işləri gedir.

Bütün bunlardan əlavə, qısametrajlı digər filmlər də istehsalata buraxılıb.

Qaynar.info