
Ötən gün Gəncə Dövlət Universitetinin Ekologiya kafedrasının müdri Vaqif Rəhimov korrupsiya ittihamı ilə həbs edildiyi barədə məlumat vermişdik.
Arqument.Az-a Gəncədəki mənbələrimizdən daxil olan məlumatda bildirilirdi ki, Vaqif Rəhimov hələ Müəllimlər İnstitutunun Gəncə filialında işlədiyi vaxt bir neçə vətəndaşdan külli miqdarda pul alıb və onlara övladlarını Gəncə Müəllimlər İnstitutuna qəbul etdirəcəyinə dair söz verib. Vaqif Rəhimovun bu işi Müəllimlər İnstitutunun rəhbəri Ramiz Məmmədovla birgə planlaşdırdığı bildirilir.

Amma onların bu planı baş tutmayıb. Belə ki, aldadılan valideynlərin şikayətinə əsasən, bir müddət öncə Müəllimlər İnstitutunun Gəncə filialında saxta tələbə qəbulu ilə məşğul olan, daha sonra Gəncə Dövlət Universitetinin Ekologiya kafedrasının müdiri vəzifəsinə təyin olunan Vaqif Rəhimov bir neçə gün öncə həbs edilib və Kürdəxanı təcridxanasına aparılıb.

Bu gün hadisə ilə bağlı Arqument.Az-a yeni ilginc məlumatlar daxil olub. Bildirilir ki, Vaqif Rəhimovu Gəncə Dövlət Universitetinin Ekologiya kafedrasının müdiri vəzifəsinə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov gətirib.
Məlumatı verən mənbənin sözlərinə görə, Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyətinə xitam verdikdən sonra valideynlərin bir neçəsi pullarını ala bilmədiklərinə görə onun xarici markalı maşınını və evini satdıraraq pullarını almağa nail olub, amma bir neçə valideyn isə hələ də pulunu ala bilməyib.
Mənbə bildirir ki, Vaqif Rəhimovla adı korrupsiyada hallanan məmurlar isə azadlıqda gəzir, təkcə o, həbs olunub. Onun sözlərinə görə, Müəllimlər İnstitutunun sabiq rektoru Ramiz Məmmədov və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun da adını bu olayda hallandığına baxmayaraq, onların hansısa səbəbdən bu əməliyyatdan qurtula biliblər.
Onun sözlərinə görə, hazırda Yusif Yusifov Gəncə Dövlət Universitetində, ona yaxınlığı ilə seçilən Akif Süleymanov isə Texnologiya Universitetində rüşvəti və korrupsiyanı dözülməz həddə çatdırblar. Belə ki, hər iki ali təhsil ocağında 2015 ci ilin imtahan sessiyasında dekanlara hər tələbədən 400-500 manat məcburi pul atələb olunur. Bundan başqa, Universitetlərə ayrılan dövlət vəsaiti bu və ya digər şəkildə mənimsənilir: "Əgər Korrupsiya qarşı Mübarizə İdarəsində xüsusi komissiya yaradılıb bu universitetləri yoxlasalar, hər şey ortaya çıxacaq. Bu gün imtahan verən tələbələrdən yenidən imtahan götürsələr, görünər ki, həqiqətən də, o tələbənin imtahan verməyə gücü və savadı çatmır. Əslində, Vaqif Rəhimov bunların əməllərinin qurbanına çevrilib. O, doğrudan da, qurbandır. Ramiz Məmmədov, Yusif Yusibov və Akif Süleymanov üçlüyü Gəncə təhsilini bərbad hala salıblar".
Mənbə həmçinin bildirib ki, hər iki şəxsi GDU-nun rektoru Yusif Yusifov kurasiya edir. Amma Akif Süleymanov da ciddi əlaqələrinin olduğunu deyir: "O deyir ki, oğlum təhsil naziri Mikayıl Cabbarovla yaxın dostdur. Ona keçmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun müdiri işlədiyi vaxtda maşın bağışlayıb. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da tələbə yoldaşım, təhsil nazirinin müşaviri İlham Piməmmədovla da həmkəndliyik. Ona görə də narahat olmayın. O, hələ Prezident Adminstrasiyasının Humanitar Şöbəsinin müdirinin də adından istifadə edir. Ona görə də heç kəs ona söz deyə bilmir. GDU-nun rektoru Yusif Yusifovun qardaşı da məmurdur. Belə ki, Yusif Yusifov Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusifovun qardaşıdır və maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Yusif Yusifov Gəncə Dövlət Universitetində tədris işləri üzrə prorektor işləyirdi, qardaşının və qardaşının dostlarının köməkliyi ilə rektor vəzifəsinə keçməyə nail oldu tez bir zamanda. Diqqətinizə çatdırım ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanovla, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov yaxın dostdurlar. Yusif Yusifov qardaşına Texnologiya Universitetinin rektorunu da tapşırıb. Hər iki universitet rəhbəri sərbəst şəkildə korrupsiya ilə məşğuldur və hər iki universitetin təsərrüfat şöbəsində kulli miqdarda pul yeyintisi var. Bundan başqa, hər iki universitetdə kağız üzərində sənədləşsə də, inventarlar alınmır, alındığı hada da az bir hissəsi alınır, ucuz alıb baha qiymətlə sənədləşdirilir".
"Bununla yanaşı, Yusif Yusifovun adı kimya kafedrasının daha ciddi olaylarda hallandırılır. Bundan universitetin işcilərinin də xəbəri var. Yusif Yusifovun tapşırığı ilə hazırda universitetdə bütün məsələlərə Kimya kafedrasının müəlliməsi nəzarət edir. Niyə məhz rektorla görüşmək istəyənlər öncə bu müəlliməyə müraciət edirlər? Bu haqda da bəzi məsələləri dəqiqləşdirib məlumat verərik", - deyə mənbə bildirir.
Onun sözlərinə görə, Vaqif Rəhimovu qurban verənlərdən biri də Texnologiya Universitetinin rektoru Akif Süleymanovdur ki, ixtisası üzrə müəllim olmadığı halda bir neçə ixtisas açaraq universitetdə pul yığmağa nail olub: "Dünyada universitetlərdə ikinci belə böyük çinayət yoxdur ki, ixtisasına uyğun olmayan müəllimlər universitetdə dərs keçirlər. Akif Süleymanovun yeni ixtisas almağı və tələbə qəbulunu artırması korrupsiyanın ətrafında kök salmasını əldə etməyinin sübutudur. Akif Süleymanovun 2013 cü ildə Texnologiya Universitetinə rektor təyin olunmasından az bir müddət keçsə də, 50 sot torpaq yerində villa tikib. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov isə 14-min manatlıq çib telefonu işlədir. Bu telefonu, və villaları hansı pulla tikiblər? Mən onların villalarının da şəklini yayacam ki, qoy ictimaiyyət bunları tanısın. İndi bilin ki, burada cinayətlə, korrupsiya ilə məşğul olan təkcə Vaqif Rəhimov deyildi, onunla ortaq olan da məhz bu adamlar idi. Çünki o, aldığı pulları bu adamlara verib".
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info