Xəbər lenti

Dövlət universitetləri özəlləşdirilsin - TƏKLİF
Ölkə17:55 05.11.2014

Dövlət universitetləri özəlləşdirilsin - TƏKLİF

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda dövlət universitetləri özəlləşdirilməlidir.

ANS PRESS-in məlumatına görə, 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı belə bir təkliflə millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

O, bildirib ki, dünya reytinqinə görə öndə duran məhz özəl universitetlərdir: “Deməli dövlət universitetlərini özəlləşdirmək lazımdır. Təhsil kreditləri vermək lazımdır ki, həmin kreditlər hesabına imkansız adamlar təhsil ala bilsinlər. Universitetlər isə əksinə, dövlət büdcəsindən maliyyələşməsin və dövlət büdcəsinə vergi ödəsin ki, müəllimlərin əməkhaqlarını artıra bilək”.

Qaynar.info