Xəbər lenti

Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı azadlığa buraxıldı
Ölkə10:14 30.09.2016

Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Səbail rayon Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun barəsində seçilən həbs-qətimkan tədbiri dəyişdirilib.

Bu barədə Qaynarinfo.Az-a vəkil Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və Ceyhun Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ceyhun Cəfərova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. O, keçən il həbs edilmişdi.

Ceyhun Cəfərov SPACE telekanalında yayımlanmış “Həzrəti Yusif” filminin azərbaycan dilinə dublyaj olunmasının təşəbbüskarı və dublyaja rəhbərlik edənlərdən biri olub.

Qaynarinfo.Az