Xəbər lenti

DYP avtomobilini 2 ildir idarə etməyən şəxsə protokol yazdı (VİDEO)
Ölkə19:11 16.11.2023

DYP avtomobilini 2 ildir idarə etməyən şəxsə protokol yazdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2 ildir idarə etmədiyi avtomobilə görə cərimələnib.
Bu iddia ilə paytaxt sakini Fərman Əliyev çıxış edib.
Onun sözlərinə görə 2 il əvvəl idarə etdiyi nəqliyyat vasitəsi sıradan çıxıb. Təmir etdirməyə zamanı olmayıb. Bu səbəbdən də avtomobil bu müddət ərzində yaşadığı evin qarşısında qalıb. Lakin 3 ay əvvəl adına gələn cərimə protokolu onu təəccübləndirib.
Avtomobilin sahibi deyir ki, nəqliyyat vasitəsi işlək halda olmadığı üçün texniki baxışdan keçməsi də mümkün deyil və tətbiq olunan cərimənin üzərinə hər gün faiz gəlir.
Məsələ ilə Baş Dövlət Yol Polisindən bildirilib ki, belə halla üzləşən hal sürücülər aidiyyəti üzrə müraciət etməlidirlər.
Qurumdan bildirilib ki, vətəndaş Fərman Əliyevin adına tətbiq olunan cərimə ilə bağlı araşdırma aparılıb. Nəqliyyat vasitəsinin hərəkətdə olmadığı təsdiq olunduğu üçün, sürücüyə tətbiq olunan cərimə silinib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: