Xəbər lenti

DYP bu dövlət qurumunu cərimələdi
Ölkə07:24 27.08.2021

DYP bu dövlət qurumunu cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Yol Polisi (DYP) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyini cərimələyib.
Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İşə hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.