Xəbər lenti

DYP-dən avtomobil yollarında son vəziyyətlə bağlı sürücülərə MÜRACİƏT
Ölkə16:22 31.01.2014

DYP-dən avtomobil yollarında son vəziyyətlə bağlı sürücülərə MÜRACİƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında son vəziyyətlə bağlı açıqlama verib.

İdarədən APA-ya verilən məlumata görə, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə qar yağır, yollar buz bağlayıb.

Hazırda Bakı-Şamaxı, Bakı-Ağsu-İsmayıllı, Bakı-Qazax, Bakı-Astara yolunda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciətində qeyd olunan yollarda mümkün qədər nəqliyyat vasitələrindən az istifadə etmələrini və ehtiyatlı olmalarını, hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsini bildirib.

Qaynar.info