Xəbər lenti

DYP-dən dövlət atributları ilə bağlı xəbərdarlıq
Ölkə19:15 06.04.2019

DYP-dən dövlət atributları ilə bağlı xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir.
Dövlət atributlarının yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür:
"Dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan vətəndaşının borcudur".