Xəbər lenti

DYP əməkdaşı ilə zarafatlaşan şəxs cərimələndi
Ölkə11:33 02.11.2023

DYP əməkdaşı ilə zarafatlaşan şəxs cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan şəhərində içkili halda Dövlət Yol Polisi (DYP) əməkdaşı ilə zarafatlaşan şəxs saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, 1965-ci il tarixdə Naxçıvan rayonu, Aşağı Uzunoba kəndində anadan olmuş Nihal retoranda yeyib-içdikdən sonra yol kənarında dayanan DYP əməkdaşına yaxınlaşaraq "haran ağrıyır rəis” sözünü işlədib. Daha sonra Nihal "komandir üzr istəyirəm, sizi səhv salıb zarafat etdim" deyib.
DYP əməkdaşı "siz kimsiz mənlə zarafat edirsiz” cavabını verib və hadisə yerinə PPX əməkdaşları çağrılıb. 
Nihal saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunub. 
Məhkəmənin qərarı ilə Nihal 150 manat məbləğində inzibati qaydada cərimə edilib.
Əhməd